Kəndlinin 22 baş qoyununu oğurladılar -  FOTO
15 fevral 2021 11:48 (UTC +04:00)

Kəndlinin 22 baş qoyununu oğurladılar - FOTO

Zaqatalada 22 baş qoyunu oğurlayanlar saxlanılıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən Kəbəloba kənd sakini Şaban Carayev ona məxsus kənarları hasarlı torpaq sahəsindən ümumi dəyəri 4 min manata yaxın olan 22 baş xırdabuynuzlu heyvanın oğurlandığını bildirib. Daxil olmuş müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qoyunları oğurlayan şəxslərin rayon sakinləri - Natiq və Sərxan Ramazanovlar olduqları müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılıb və törətdikləri cinayət əməlini etiraf ediblər. Oğurladıqları heyvanlar isə həmin şəxslərdən götürülərək sahibinə geri qaytarılıb.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxslərin ətrafında əməliyyat- istintaq tədbirləri davam etdirilir

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 942
avatar

Mehman Nəbiyev

Oxşar yazılar