Kənddə QANLI HADİSƏ:  Keçmiş qayınatasını...
08 iyun 2023 18:54 (UTC +04:00)

Kənddə QANLI HADİSƏ: Keçmiş qayınatasını...

İyunun 8-də saat 16 radələrində Biləsuvar rayonu, Nəsimi kəndində 57 yaşlı Azad Xeyrulla oğlu Almazova kəsici alətlə xəsarətlər yetirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qrupundan Lent.az-a  verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən, Azad Almazovun keçmiş kürəkəni, 32 yaşlı Elşən Bəhlul oğlu Şəbiyev polis əməkdaşlarının keçirdiyi tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

# 1776
avatar

Oxşar yazılar