Kənddə maşını ağaca çırpılan  sürücü öldü   - YENİLƏNİB
25 mart 2022 20:43 (UTC +04:00)

Kənddə maşını ağaca çırpılan sürücü öldü - YENİLƏNİB

0

Ağstafada ölümlə nəticələn qəzanın bəzi təfərruatları məlum olub.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, "Mercedes" markalı minik avtomobili əvvəlcə "VAZ-2106”ya, daha sonra isə yolun kənarındakı ağaca  çırpılıb. Qəza zamanı 35 yaşlı 1987-ci il sürücü Teymur Salıfov dünyasını dəyişib. 

***

19.31

Ağstafada ölümlə nəticələn ağır yol qəzası baş verib.

Lent.az-ın APA-ya istinadla  məlumatına görə, hadisə rayonun Dağkəsəmən kəndində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq ağaca dəyib, sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

FOTODA SAĞDA: qəzada həlak olan Teymur Salıfov 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5590

Oxşar yazılar