Gədəbəydə çoxlu sayda mal-qara oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə Çökək Yurd adlanan ərazidə baş verib. Çanaqçı və Nərimankənd kənd sakinləri olan 3 nəfərə məxsus 46000 manat dəyərində ümumilikdə 41 baş inəyin oğurlanması barədə Gədəbəy rayon Polis Şöbəsinə müraciətlər daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini S.Abdurrəhmanov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.