Sabirabadda üzərində çoxsaylı xəsarət olan kişi meyiti tapılıb.
Bu gün səhər saatlarında Sabirabad rayonunun Çiçəkli kəndinin çöllük ərazidə yerləşən qamışlıqda üzərində çoxsaylı xəsarət olan kişi meyiti aşkar edilib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, araşdırmalar zamanı məlum olub ki, həmin şəxs bir-neçə gün əvvəl itkin düşən Cəlilabad rayon Fərzili kənd sakini, 58 yaşlı Əflatun İltifat oğlu Abdullayevdir.
Aprelin 18-də ona məxsus “Mercedes-C markalı avtomobil Salyan rayonunun Kiçik Noxudlu kəndi ərazisində tapılıb. Onun Cəlilabad rayonu ərazisində bir neçə nəfər tərəfindən küt alətlə döyülərək qətlə yetirildiyi bildirilir.