Qazaxda intihar hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, Yuxarı Salahlı kənd sakini 42 yaşlı Şəxməmmədov Aslan Əmiraslan oğlu yaşadığı evin bağ sahəsində qoz ağacının budağından özünü asaraq həyatına son qoyub.
Onun əvvəllər Bakıdakı 1 saylı psixiatriya xəstəxanasında müalicə aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.