Samuxda kişi kimyəvi maddə içərək intihar edib.
Lent.az-n məlumatına görə, hadisə rayonun Sarıqamış kəndində qeydə alınıb.
1970-ci il təvəllüdlü N.Əkbərov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Həkimlərin tibbi yardımına baxmayaraq, 51 yaşlı kişi xəstəxanada dünyasını dəyişib.
İlkin məlumata görə, N.Əkbərov intihar edib. Onun hansı səbəbdən bu addımı atması məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu