Kənd sakini azyaşlı qızı qaçırmaq istədi, tutuldu
05 noyabr 2022 14:35 (UTC +04:00)

Kənd sakini azyaşlı qızı qaçırmaq istədi, tutuldu

0

Zərdabda adam oğurluğu qeydə alınıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Zərdab rayon Polis Şöbəsinə noyabrın 3-də Körpükənd kəndi ərazisində bir nəfərin kənd sakini olan azyaşlı qızı qaçırmağa cəhd göstərməsi, qız səs-küy saldığından onu buraxıb hadisə yerini tərk etməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində adam oğurluğuna cəhd etməkdə şübhəli bilinən Körpükənd kənd sakini, əvvəllər məhkum olunmuş Məmməd Məmmədov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 29,144-cü maddəsi (adam oğurluğuna cəhd) ilə cinayət işi başlanılıb.

Zərdab rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2152

Oxşar yazılar