Kəlbəcərdə itkin düşən zabitin meyiti tapıldı - VİDEO  - YENİLƏNİB
31 yanvar 2022 13:25 (UTC +04:00)

Kəlbəcərdə itkin düşən zabitin meyiti tapıldı - VİDEO - YENİLƏNİB

Kəlbəcərdə itkin düşən hərbçinin meyiti tapılıb.

Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən bölmələrinin şəxsi heyəti və xüsusi texnikanın cəlb olunması, eləcə də Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində itkin düşən baş leytenant Bağırov Fuad Allahverdi oğlunun nəşi yanvarın 31-i saat 12:30 radələrində tapılaraq müvafiq qaydada ərazidən təxliyə edilib. 

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir. 

Bağırov Fuad Allahverdi oğlu

Allah rəhmət eləsin!

***

saat 12:43

Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək azan hərbi qulluqçumuz - baş leytenant Bağırov Fuad Allahverdi oğlunun axtarışı aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqədə davam edir.

Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, axtarışlar nəticəsində yanvarın 29-u səhər saatlarında tapılan digər üç hərbçimiz isə artıq helikopterlə təxliyə edilərək Bakı şəhərindəki hərbi hospitala yerləşdirilib.

Hərbi qulluqçularımızın müalicəsi ixtisaslaşdırılmış həkimlərin nəzarəti altında davam edir və onların səhhətində həyati təhlükə yoxdur.

Kəlbəcərdə itkin düşən zabitin axtarışları

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8148
avatar

Oxşar yazılar