Meşədə itkin düşən ŞƏHİD ATASI  TAPILDI-YENİLƏNİB
05 may 2025 16:05 (UTC +04:00)

Meşədə itkin düşən ŞƏHİD ATASI TAPILDI-YENİLƏNİB

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb.

Bu bardə Lent.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib. Onun sözlərinə görə, meşədə itkin düşən Kəlbəcər rayon sakini 1952-ci il təvəllüdlü Kamil Abdullayev polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib. Onun həyatı üçün təhlükə yoxdur.

***

14:26

 

İtkin düşən Kəlbəcər sakinin axtarışları davam edir. 

Lent.az xəbər verir ki, ki, sosial şbəkələrdə yayılan məlumata görə, Kamil Abdullayev 44 günlük Vətən müharibəsində şəhid olan Şəhriyar Abdullayevin atasıdır.

***

13:27

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Daşkəsən rayonunun Bayan kəndində 1 nəfərin meşəlik ərazidə itkin düşməsi barədə ilkin məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar Nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Hazırda vətəndaş - 1952-ci il təvəllüdlü Abdullayev Kamil Mahmud oğlunun itkin düşdüyü ehtimal olunan istiqamətlər üzrə mürəkkəb relyefli dağlıq-meşəlik ərazilərdə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.

***

09.52

Daşkəsəndə meşəyə bitki toplamağa gedən şəxs itkin düşüb.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Bayan kəndinin yaxınlığına yerləşən meşəlik ərazidə qeydə alınıb.

Belə ki, Kəlbəcər rayon sakini 1952-ci il təvəllüdlü K.Abdullayev ötən gün axşam saatlarında meşəlik ərazidə bitki toplamağa gedən zaman itkin düşüb.
Məlumata görə, o sonuncu dəfə qızı ilə əlaqə saxlayıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Lent.az-a bildirib ki, hazırda Daşkəsən rayon polis şöbəsinin əməkdaşları tərəfindən şəxsin yerinin müəyyən olunması istiqamətində zəruri axtarış tədbirləri həyata keçirilir. Axtarış tədbirlərinin nəticəsi barəsinə əlavə məlumat veriləcək.

Qeyd edək ki, itkin düşən Kəlbəcər rayon sakini Kamil Abdullayev şəhid Şəhriyyar Abdullayevin atasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4146

Oxşar yazılar

Kamran Əliyev bu cinayət işləri  ilə bağlı tapşırıq verdi

Kamran Əliyev bu cinayət işləri ilə bağlı tapşırıq verdi

8 avqust 2025 , 16:10
Daşkəsəndə DƏHŞƏT:  qardaş bacısını baltaladı

Daşkəsəndə DƏHŞƏT: qardaş bacısını baltaladı

8 avqust 2025 , 15:05
Lotereya oğrusu TUTULDU

Lotereya oğrusu TUTULDU

8 avqust 2025 , 13:08
Əlini pəncərədən çıxaran sürücülərə XƏBƏRDARLIQ

Əlini pəncərədən çıxaran sürücülərə XƏBƏRDARLIQ

8 avqust 2025 , 12:34
Bakıda kişi spirtdən komaya düşüb ÖLDÜ

Bakıda kişi spirtdən komaya düşüb ÖLDÜ

8 avqust 2025 , 12:10
Baş prokurordan YENİ TƏYİNAT

Baş prokurordan YENİ TƏYİNAT

8 avqust 2025 , 11:48
Siyəzəndə kütləvi zəhərlənmə

Siyəzəndə kütləvi zəhərlənmə

8 avqust 2025 , 11:00
Bakı metrosunda qadının doğduğu  köprənin SON DURUMU -YENİLƏNİB

Bakı metrosunda qadının doğduğu köprənin SON DURUMU -YENİLƏNİB

8 avqust 2025 , 09:58