Keçmiş müdirini qumbara ilə hədələyib pul istədi
18 yanvar 2024 19:23 (UTC +04:00)

Keçmiş müdirini qumbara ilə hədələyib pul istədi

0

Moskvada hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən 28 yaşlı kişi saxlanılıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə Kaşirskoye şossesindəki restoranlardan birində baş verib. Restoranın çatdırılma xidmətinin keçmiş kuryeri meneceri qumbara ilə hədələyərək 50 min rubl (təxminən 950 manat) tələb edib.

Müdir hədələrə boyun əyməyib və tələb olunan məbləği verməkdən imtina edib. Uğursuzluqdan məyus olan təcavüzkar hadisə yerindən qaçıb. Siqnala tez reaksiya verən polis şübhəli şəxsi saxlayıb, onun 28 yaşlı şəxs olduğu üzə çıxıb.

Hədə-qorxu ilə tələb etmə maddəsi ilə cinayət işi açılıb, cinayətkar nəzarətə götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4125

Oxşar yazılar