Bakı sakinləri cinayət başında polis tərəfindən tutulublar.
DİN-dən Lent.az-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ş.Əhədov və tanışı, əvvəllər məhkum olunmuş R.Əliyev 1 ədəd “AK-74” markalı avtomat silahı, 1 ədəd patron darağı və 28 ədəd patronu satarkən saxlanılmışlar.
Faktla əlaqədar cinayət işi başlanılıb.