Saxlanılan keçmiş məhkum Elçin Eyvazov
17 aprel 2021 09:34 (UTC +04:00)

Saxlanılan keçmiş məhkum Elçin Eyvazov

Keçmiş məhkum yenidən özünü "İŞƏ SALDI"

Ağsuda şəhər ərazisində yerləşən fərdi yaşayış evindən antik samovar və elektrik kabellərinin oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən Ağsu şəhər sakini, əvvəllər də məhkum olunmuş Elçin Eyvazov saxlanılıb.

Oğurladığı samovar onun yaşadığı ünvandan maddi sübut kimi götürülüb.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır.

# 1155
avatar

Oxşar yazılar