Bakıda evdən oğurluq edilib.
Lent.az DİN mətbuat xidmətinə istinadla bildirir ki, martın 19-da Sabunçu rayonu ərazisindəki evlərin birindən 4000 manat pul oğurlanıb.
Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Əsədov, Sumqayıt şəhər sakini N.Ələsgərov və Beyləqan rayon sakini O.Əliyev saxlanılıblar.