Keçmiş məhkum bıçağı atasının SİNƏSİNƏ SANCDI
03 mart 2021 21:32 (UTC +04:00)

Keçmiş məhkum bıçağı atasının SİNƏSİNƏ SANCDI

0

Lənkəran şəhərində bıçaqlanma hadisəsi baş verib. 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə şəhər ərazisində qeydə alınıb. 

1972-ci il təvəllüdlü Vidadi Hüseynov yaşadığı evdə oğlu Əliqismət Hüseynov tərəfindən bıçaqlanıb. Xəsarət alan ata döş qəfəsinin daxilinə nüfuz edən kəsilmiş-deşilmiş yara diaqnozu ilə  Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Atasına bıçaq xəsarəti yetirən oğlun keçmiş məhkum olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3222

Oxşar yazılar