Abşeron rayonunun Masazır qəsəbəsində yanğın hadisəsi baş verib.
APA xəbər verir ki, hadisəni törədən şəxs Şükürov Ramin yaşadığı evə gəlib həyat yoldaşı Şükürova Mətanəti döyərək ona ağır xəsarət yetirib.
Daha sonra o, evi yandıraraq hadisə yerindən uzaqlaşıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə bölməsi cəlb edilib. Yanğın söndürülüb.
Qeyd edək ki, R.Şükürov həbsdən ötən gün azad edilib.