Türkiyədə keçmiş futbolçu qəzada ölüb.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, hadisə Denizli şəhərinin Sarayköy qəsəbəsində baş verib. “Sarayköyspor”un keçmiş futbolçusu 32 yaşlı Kemal Karataşın idarə etdiyi elektrikli velosiped idarəetmədən çıxaraq 2 metr hündürlükdən kanala düşüb.
Xəstəxanaya yerləşdirilən Karataşın həyatını xilas etmək mümkün olmayıb.
Araşdırma aparılır.