Keçmiş deputatın restoranda  çənəsini sındırdılar
10 may 2023 12:26 (UTC +04:00)

Keçmiş deputatın restoranda çənəsini sındırdılar

0

Mühafizəçilər Dağıstan Xalq Məclisinin keçmiş deputatı, 54 yaşlı Əhməd Qəmzəevi Moskvadakı barda döyüblər. 

Lent.az xarici mediaya istinadən bildirir ki, zərərçəkmiş xəstəxanaya çatdırılıb, ona çənənin sınığı diaqnozu qoyulub.

Məlumata görə, dava Şluzovaya sahilindəki “Paulaner Brauhaus” restoranında baş verib, həmin şəxs iki dostu və qardaşı ilə birlikdə istirahət edib. Versiyalardan birinə görə, münaqişəyə səbəb şirkətin işçi heyətinə qarşı kobudluğu və itaətkar davranışı olub. Nəticədə 6 mühafizəçi keçmiş deputatı və onun yoldaşlarını döyüb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2063

Oxşar yazılar