Kassadan 2300 manat   oğurladı
16 aprel 2022 18:18 (UTC +04:00)

Kassadan 2300 manat oğurladı

Bakının Z.Əliyeva küçəsindəki mağazaların birinin kassasından 2300 manat pul oğurlayan şəxs tutulub. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elvin Məmmədzadə saxlanılıb. 

Araşdırmalarla onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması müəyyən edilib.

Həmçinin Bakı şəhər sakinləri olan iki qadına qarşı dələduzluq edərək birinin 500, digərinin isə  980 manat pullarını alması da aşkarlanıb. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1665
avatar

Sevinc Fərid

Oxşar yazılar