Almaniyanın paytaxtı Berlində iki xəstəni öldürməkdə şübhəli bilinən kardioloq həbs edilib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, 55 yaşlı həkim reanimasiyada olan iki ağır xəstəyə qəsdən yüksək dozada sakitləşdirici dərman verib. Xəstələr aldıqları dərmanlardan dünyasını dəyişib.
Həmin kardioloq xəstəxanada işindən uzaqlaşdırılıb.