Sabirabadda nişan məclisi təşkil edənlər müəyyən edilib.
DİN mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, Sabirabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər zamanı rayon sakini R. İsmayılovun yaşadığı evdə qonaqların iştirakı ilə gizli şəkildə nişan mərasimi təşkil etdiyi müəyyən edilib.
Məclisin təşkilatçısı və iştirak edən 10 nəfər barəsində inzibati qaydada protokollar tərtib olunaraq cərimə ediliblər.