Salyanda evdə nişan mərasimi təşkil olunduğu müəyyən edilib.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, rayonun Noxudlu sakini Əziz Əliyevin yaşadığı evdə qonaqların iştirakı ilə gizli şəkildə nişan mərasimi təşkil etdiyi aşkarlanıb.
Məclisin təşkilatçısı və iştirak edən 9 nəfər barəsində inzibati qaydada protokollar tərtib olunaraq hər biri 200 manat cərimə ediliblər.