İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları şəhər ərazisində xüsusi karantin rejimi qaydalarına əməl etməyən çay evi aşkarlayıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, şəhərin Nizami küçəsində yerləşən, Ceyhun Salehlinin icarə əsasında işlətdiyi “Tac” çay evinin gecə saat 12-dən sonra fəaliyyət göstərdiyi müəyyən olunub.
İcarədar C.Salehli və orada olan müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib edilib.