Füzulidə kanalda batan 17 yaşlı Zaur Süleymanovla bağlı yeni məlumatlar ortaya çıxıb.
Yerli sakinlər Lent.az-a bildirib ki, yeniyetmənin itkin düşdüyü Böyük Bəhmənli kəndindən Ağcabədiyə qədər Baş Mil kanalı qurudulub.
Böyük Bəhmənli kənd sakinləri Zauru tapmaq üçün Ağcabədiyə qədər kanalın içərisi ilə piyada gedərək axtarış aparıbılar.
Axtarışlar zamanı Zaur Süleymanovun yalnız mobil telefonu kanaldan tapılıb. Özünü isə tapmaq hələlik mümkün olmayıb.
Məlumata görə, 17 yaşlı Zaur bir müddət əvvəl ali məktəbə qəbul imtahanı verib. Onun imtahandan ümumilikdə 611 bal topladığı və savadlı şagird olduğu bildirilir.
Lakin bununla belə onun istədiyi qədər yüksək bal toplamadığı üçün intihar etməsinə dair iddialar da var.
Qeyd edək ki, Füzuli rayon Böyük Bəhmənli kənd sakini 17 yaşlı Zaur Süleymanov son zəngindən bir gün əvvəl, iyunun 13-ü saat 10:30-da yaşadığı evdən çıxaraq, bir daha geri qayıtmayıb. Həmin gün günorta saatlarında isə Fövqəladə Hallar Nazirliyi Zaurun Baş Mil kanalının Füzuli rayonu Böyük Bəhmənli kəndindən keçən hissəsində batması barədə məlumat yayıb.
Hazırda yeniyetmənin axtarışları davam etdirilir.
Zaur Süleymanov