Lent.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Məhərrəm Talıbovun vəzifəsindən azad edilməsi ilə bağlı Baş prokuror Kamran Əliyevin imzaladığı əmrin surəti yayılıb.
Əmrdə deyilir: "Naxçıvan Muxtar Respublikası prokurorunun müavini III dərəcəli dövlət ədliyyə müşaviri Talıbov Məhərrəm Yusif oğlunun "prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası qanununun 29.2.5-ci maddəsinə müvafiq olaraq, öz arzusuna əsasən, tutduğu vəzifədən azad olunaraq, prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilsin".