Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Məhərrəm Talıbov vəzifəsindən azad olunub.
Lent.az xəbər verir ki, Məhərrəm Talıbov ərizə ilə işdən azad olunmasını istəyib.
Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a məlumatı təsdiq ediblər.
Qeyd olunub ki, hələlik onun yerinə təyinat yoxdur.
M.Talıbov Naxçıvan MR Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qardaşıdır.