Kamil Zeynallının Ermənistanın tələbi ilə  saxlanıldığı təsdiqləndi
21 fevral 2024 11:20 (UTC +04:00)

Kamil Zeynallının Ermənistanın tələbi ilə saxlanıldığı təsdiqləndi

Ermənistanın Baş Prokurorluğu azərbaycanlı idmançı Kamil Zeynallının Rusiyada ölkəsinin sorğusu əsasında saxlanılması barədə rəsmi məlumata sahib deyil.

Lent.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu isə Kamil Zeynallının Ermənistanın tələbi ilə saxlanıldığını təsdiqləyib.

Polad Bülbüloğlu “Caliber”ə açıqlamasında Kamillə təmasda olduqlarını qeyd edib: “Domodedovo” hava limanında Kamil Zeynallının saxlanılması bizə məlum olan kimi, Azərbaycanın Rusiyadakı Səfirliyinin konsulunu, eləcə də onun müavinini polis bölməsinə göndərdim. Onlar, həmçinin vəkilimiz Kamillə artıq görüşüb və onunla daim təmasdadırlar”.

Onun sözlərinə görə, Kamil Zeynallı Ermənistanın tələbi ilə saxlanılıb:  

"O, MDB çərçivəsində 2023-cü ilin mayında Ermənistanın irəli sürdüyü tələb əsasında saxlanılıb. Ermənistan tərəfi onu Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham edir. Moskva vaxtı ilə təqribən gecə saat 3-də onunla şəxsən telefonla danışdım və Səfirliyin artıq onun məsələsi ilə məşğul olduğu barədə məlumatlandırdım. K.Zeynallının Ermənistanın sorğusu əsasında saxlanılması o demək deyil ki, onu təyyarəyə əyləşdirəcəklər və dərhal İrəvana göndərəcəklər. İndi biz məhkəmənin qərarını gözləyirik, o, erməni tərəfinin tələbinin nə dərəcədə əsaslı olduğunu araşdıracaq”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4014
avatar

Oxşar yazılar