Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Salyan rayonu ərazisində “KamAZ” markalı iki yük avtomobilinin toqquşması barədə məlumat daxil olub.
FHN-dən Lent.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.