"KamAZ" Gömrük Akademiyasının müəllimi və tələbəsini vurub öldürdü - FOTO
23 sentyabr 2022 16:40 (UTC +04:00)

"KamAZ" Gömrük Akademiyasının müəllimi və tələbəsini vurub öldürdü - FOTO

0

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu Zabrat-Maştağa yolunda baş verib.

Firdovsi Eyvazov idarə etdiyi "KamAZ" markalı yük avtomobili ilə hərəkətdə olarkən yolu keçən Ağdaş rayon sakini, 47 yaşlı Ə.Mikayılovanı və Bakı sakini, 18 yaşlı Elvin Əzizlini vurub. Hər iki piyada hadisə yerində keçiniblər.

Faktla bağlı araşdırma aparılır.

Məlumata görə, Ə.Mikayılova Dövlət Gömrük Akademiyasının əməkdaşı, Elvin Əzizli isə həmin təhsil müəssisəsinin II kurs tələbəsi olub.

Elvin Əzizli

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 8304

Oxşar yazılar