Türkiyə prezidentliyinə keçmiş namizəd Kamal Kılıçdaroğlunun korteji qəzaya düşüb, onunla birlikdə 4 nəfər yaralanıb.
Lent.az-ın Türkiyə mediasına istinadla xəbərinə görə, Ərzincan-Tunceli yol ayrıcında Türkiyə prezidentliyinə keçmiş namizədlərin karvanında 7 avtomobilin iştirakı ilə qəza baş verib.
Dörd yaralı arasında iki jurnalistin olduğu məlum olub. Ümumilikdə yeddi avtomobil toqquşub.
Türkiyəli siyasətçinin iştirakı ilə baş verən qəzanın təfərrüatları hazırda açıqlanmır.