Götürülən silah
28 yanvar 2022 18:27 (UTC +04:00)

Götürülən silah

"Kalaşnikov" satan keçmiş məhkum tutuldu - VİDEO

Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə paytaxt sakini, əvvəllər məhkum edilmiş Abuzər Abuzərovda  silah olması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, həmin şəxs odlu silahı 7000 manata satmaq istəyəndə saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 60 ədəd patron və həmin silaha məxsus daraq aşkar edilərək götürülüb. Abuzər Abuzərov “Kalaşnikov” markalı odlu silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Sabunçu rayon Polis İdarəsi 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri digər bir əməliyyat nəticəsində isə Balaxanı qəsəbəsində evlərdən silsilə oğurluqlar edən paytaxt sakini Əli Əliyev tutularaq istintaqa təqdim edilib. Araşdırma nəticəsində onun Sabunçu rayonunun kənd və qəsəbələrində ümumilikdə 20-yə yaxın evdən oğurluq etdiyi müəyyən edilib. Həmçinin Əli Əliyev saxlanılan zaman ondan narkotik vasitə olan heroin də aşkar edilib.

Hər iki faktla bağlı 12-ci Polis Şöbəsində toplanan materiallar Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin ətraflarında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bakıda silah satmaq istəyən tutulub

# 1443
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Qazaxda çay daşdı - YENİLƏNİB

Qazaxda çay daşdı - YENİLƏNİB

26 may 2024 , 12:53
Siyəzəndə 45 yaşlı kişi  özünü güllələdi

Siyəzəndə 45 yaşlı kişi özünü güllələdi

26 may 2024 , 11:43
Bakıda yaşayış binasında YANĞIN

Bakıda yaşayış binasında YANĞIN

26 may 2024 , 10:13
Nardarandakı bu çimərliklə bağlı  QƏRAR

Nardarandakı bu çimərliklə bağlı QƏRAR

25 may 2024 , 22:57
Lənkəranda 2 yaşlı uşaq ikinci mərtəbədən yıxıldı

Lənkəranda 2 yaşlı uşaq ikinci mərtəbədən yıxıldı

25 may 2024 , 20:24
Rusiya bu azərbaycanlını deportasiya etdi

Rusiya bu azərbaycanlını deportasiya etdi

25 may 2024 , 19:14
Bakıda evdən qadın meyiti tapıldı

Bakıda evdən qadın meyiti tapıldı

25 may 2024 , 17:53
Bakıda qadın evdən pul və 3 telefon  oğurladı

Bakıda qadın evdən pul və 3 telefon oğurladı

25 may 2024 , 17:06