Balakəndə karantin rejimi qaydalarına əməl etməyən kafe aşkarlanıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, rayonun Qazma kəndində yerləşən “Yeni məkan” adlı kafenin gecə saat 12-dən sonra gizli fəaliyyət göstərdiyi müəyyən edilib.
Obyekti icarə əsasında işlədən Ramazan Nuriyev və orada olan müştərilər barəsində inzibati xəta haqqında protokol tətib olunaraq, baxılması üçün rayon məhkəməsinə göndərilib.