Salyanda kafedə xınayaxdı mərasimi keçirilməsi müəyyən olunub.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Salyan rayon Polis Şöbəsinin əməkdaşları şəhər ərazisində xidmət aparanda “Tomris” kafesində sanitar-karantin rejiminin tələblərini pozaraq çoxsaylı qonaqların iştirakı ilə gizli şəkildə “xınayaxdı” mərasimi təşkil edildiyi müəyyən edilib. Polislər məclisin keçirilməsinin qarşısı alıb.
Məclisin təşkilatçısı və iştirakçılar barəsində inzibati qaydada protokollar tərtib olunaraq hər biri 200 manat cərimə ediliblər.