Kafedə keçirilən toy yarımçıq qaldı
13 aprel 2021 13:45 (UTC +04:00)

Kafedə keçirilən toy yarımçıq qaldı

Göyçay rayon Polis Şöbəsi əməkdaşları Cəyirli kəndi ərazisində yerləşən “Blue River” kafesində toy mərasiminin keçirildiyini müəyyən ediblər.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, həmin obyektə baxış keçirən zaman icarədar İlqan Rəhimovun Göyçay şəhər sakini Eldəniz Yaqubovun oğluna toy məclisi təşkil etməsinə şərait yaratdığı məlum olub.

Polislər icarədar, mərasim təşkilatçıları və iştirakçıları barəsində
qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görüblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1239
avatar

Oxşar yazılar