Kafedə bank kartı oğurladı, sonra da...
17 dekabr 2022 14:04 (UTC +04:00)

Kafedə bank kartı oğurladı, sonra da...

0

Bakı sakininin bank hesabından oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisindəki kafelərin birində qeydə alınıb. Bakı şəhər sakini T.Ş-nın cüzdanından qeyri-aşkar şəraitdə bank kartının oğurlanması, sonradan isə hesabından 1310 manatının çıxarılması barədə polisə məlumat daxil olub.

Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bərdə rayon sakini Elsevər Dərgahov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1948

Oxşar yazılar