Balakəndə karantin qaydalarını pozan kafe aşkarlanıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Ramil İsmayılovun icarə əsasında işlətdiyi kafenin gecə saatlarında gizli fəaliyyət göstərdiyi müəyyən edilib. Obyektin icarədarı barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görülüb, həmçinin onunla profilaktik söhbət aparılıb, karantin qaydalarına riayət etməsinin vacibliyi diqqətə çatdırılıb.