Şəmkirdə 30 yaşlı kişi yanıq xəsarəti alıb.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, 1993-cü il təvəllüdlü Cavid Əliyev yanıq diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, 30 yaşlı kişi kabab üçün manqal yandırarkən xəsarət alıb.