Jurnalistlərdən rüşvət alan polis işdən qovuldu
17 sentyabr 2025 10:47 (UTC +04:00)

Jurnalistlərdən rüşvət alan polis işdən qovuldu

0

Rusiyada “Baza” Telegram kanalının jurnalistlərindən rüşvət alma işi üzrə təqsirləndirilən şəxs qismində keçən polisi əməkdaşı Aleksandr Selivanov hüquq-mühafizə orqanlarından qovulub.

Lent.az yerli mediaya istinadla bildirir ki, digər polis əməkdaşı Ablayev isə müvəqqəti olaraq xidmətdən kənarlaşdırılıb.

Daha əvvəl Selivanov saxlanılıb və məhkəmə qərarı ilə həbs olunub. Ona rüşvət alma və vəzifə səlahiyyətlərini aşma ittihamları irəli sürülüb. Həbs qətimkan tədbiri iki aylıq müddətə seçilib. İstintaqın məlumatına görə, polis əməkdaşı jurnalistlərə pul müqabilində məlumat ötürüb. İş materiallarında 137 min rubl məbləği qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 420

Oxşar yazılar