Goranboyda avtomobil qəzasında xəsarət alanların adları məlum olub.
Lent.az APA-ya istinadla xəbər verir ki, qəzada 50 yaşlı Təyyibə Ələsgərova, 31 yaşlı Toğrul Ələsgərov, 28 yaşlı Zeynalabdin Ələsgərov, 24 yaşlı Aytac Babayeva, 22 yaşlı Arzu Ələsgərova və 3 yaşlı 2Aylin Ələsgərli yaralanaraq xəstəxanaya yerləşdiriliblər.
***
21.35
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun Səfikürd kədində qeydə alınıb.
Hərəkətdə olan "Jiquli" markalı maşın traktorla toqquşub. Qəza zamanı minik avtomobilindəki 6 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin kafi olduğu bildirilir.