“Jiquli” inşaat  texnikasına çırpıldı – 2 ÖLÜ, 3 YARALI
08 yanvar 2022 21:27 (UTC +04:00)

“Jiquli” inşaat  texnikasına çırpıldı – 2 ÖLÜ, 3 YARALI

0

Minik avtomobilinin qəzası ölümlə nəticələnib. 

Lent.az-ın APA-ya istinadla verdiyi məlumata görə, Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində 1954-cü il təvəllüdlü Böyükxan İsrafil oğlu Xubalıyevin idarə etdiyi "VAZ-2107" markalı avtomobil yol inşaatı texnikası ilə toqquşub. 

Nəticədə minik maşının sürücüsü və sərnişini, Yaxşıxanım Ağayeva vəfat edib. Toqquşma zamanı 1955-ci il təvəllüdlü Gülarə Əliyusif qızı Xubalıyeva, 1966-cı il təvəllüdlü Səadət Həsənağa qızı Muradova və 1983-cü il təvəllüdlü Kəmalə Quliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1752

Oxşar yazılar