Gəncədə avtomobil qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, onlar 1987-ci il təvəllüdlü Tağıyev Elnur və onun övladı 2008-ci il təvəllüdlü Azərdir.
***
23.32
Gəncədə yol qəzası baş verib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə şəhərin Şahsevənlər küçəsində qeydə alınıb.
"VAZ-2107" markalı avtomobilin ağaca çırpılması nəticəsində avtomobildə olan ata və oğul xəsarət alıb. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib və onların vəziyyəti ağırdır.
Xəsarət alanların kimliyi dəqiqləşdirilir.