Türkiyədə itkin düşən yaşlı qadının meyiti tapılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Muğla şəhərinin Seydikemer qəsəbəsində baş verib. Alzheymer xəstəsi olan 80 yaşlı Melahet Akarın itkin düşməsi barədə polisə müraciət edilib.
Aparılan axtarışlar nəticəsində onun meyiti evindən 3 km məsafədə zeytunluq ərazidə tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Onun ürəktutmadan öldüyü ehtimal edilir.
Araşdırma aparılır.