Svetlana Hümmətova
31 yanvar 2022 12:07 (UTC +04:00)

Svetlana Hümmətova

İtkin düşən qadın tapıldı - FOTO - YENİLƏNİB

Hacıqabulda itkin düşən qadın tapılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Lent.az-a məlumat verib.

Onun sözlərinə görə, Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində S.Hümmətova rayon ərazisində tapılıb və ailəsinə təhvil verilib.

***

saat 09:07

Hacıqabul rayon sakini, 59 yaşlı Svetlana Hümmətova yanvarın 27-də səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bu barədə Lent.az-a DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib. Svetlana Hümmətovanın əlamətləri belədir: boyu 165 sm., orta bədən quruluşlu, saçlarının rəngi ağ, gözlərinin rəngi qəhvəyidir. Evdən çıxan zaman əynində qara rəngli qış gödəkçəsi, qara yubka və qara ayaqqabı olub.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Hacıqabul Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 25533
avatar

Mehman Nəbiyev

Oxşar yazılar