Təxminən bir il əvvəl Moskvada yoxa çıxan model Qretta Vedlerin cəsədi başqa bir şəhərdə - Lipetskdə avtomobildə gizlədilən çemodanda tapılıb.
Lent.az Rusiya KİV-nə istinadla bildirir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla məlumat verilib.

Mənbə qızın qətlində şübhəli bilinən şəxsin də saxlanıldığını vurğulayıb. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.
Vedler keçən qış paytaxtın Lesnaya küçəsindəki oteldən yoxa çıxıb – onunla əlaqə 2021-ci il fevralın 24-dən kəsilib.

Modelin bir tanışı onu öldürməklə hədələdiyi və daim onu təqib etdiyi iddia edilən bir kişi ilə yaxın münasibətdə olduğunu söyləyib.
Rusiyalı model Qreta Vedlerin öldürülməsinin bəzi təfərrüatları açıqlanıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, 23 yaşlı Dmitri Korovin oteldə qızı öldürüb, sonra onun meyitini çemodanda Soşki kəndinə aparıb. Korovinin də Vedler kimi Lipetskdən olduğu bildirilir.