İtkin düşən kişini arvadı yox,  oğlu öldürübmüş   - Yeni AÇIQLAMA  -VİDEO  -YENİLƏNİB
13 yanvar 2025 20:18 (UTC +04:00)

İtkin düşən kişini arvadı yox, oğlu öldürübmüş - Yeni AÇIQLAMA -VİDEO -YENİLƏNİB

Xəbərə video əlavə edilib.

Lent.az APA TV-nin videosunu təqdim edir:

***

13:39


Ötən il itkin düşmüş Salyan sakinini arvadının yox, oğlunun öldürməsinə əsaslı şübhələr müəyyən olunub

Lent.az-a Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, prokurorluq və polis əməkdaşlarının birgə fəaliyyəti nəticəsində ötən ilin dekabrın 18-də itkin düşmüş Salyan rayon sakini, 40 yaşlı Röyal Hüseynovun qəsdən öldürülməsi müəyyən olunub. Röyal Hüseynovun meyitinin olduğu yer müəyyən olunaraq prokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin edilib.

İstintaqın ilkin mərhələsində Röyal Hüseynovun arvadı 39 yaşlı Mətanət Hüseynova cinayəti törətməkdə şübhəli şəxs qismində saxlanıb, lakin növbəti gün davam etdirilən intensiv istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunan sübutlarla cinayətin zərərçəkmişin yetkinlik yaşına çatmayan oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Mətanət Hüseynova sərbəst buraxılıb, cinayəti törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan şəxs təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə istintaq davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5028

Oxşar yazılar

Xaçmazda evin həyətində kişi meyiti  tapıldı

Xaçmazda evin həyətində kişi meyiti tapıldı

3 iyun 2025 , 19:33
Daha iki tiktoker ev dustaqlığına buraxıldı

Daha iki tiktoker ev dustaqlığına buraxıldı

3 iyun 2025 , 19:31
Məşhur iş adamını şirlər yedi

Məşhur iş adamını şirlər yedi

3 iyun 2025 , 19:07
Daşkəsəndə 60 yaşlı kişi işdə öldü

Daşkəsəndə 60 yaşlı kişi işdə öldü

3 iyun 2025 , 18:17
Gəncədə stansiya işçisi qatardan yıxıldı

Gəncədə stansiya işçisi qatardan yıxıldı

3 iyun 2025 , 17:46
Naringi yeyən qadın boğulub öldü

Naringi yeyən qadın boğulub öldü

3 iyun 2025 , 17:35
DTX-nın saxladığı hakerə HÖKM OXUNDU

DTX-nın saxladığı hakerə HÖKM OXUNDU

3 iyun 2025 , 15:43
Şəmkirdə yeniyetmə epilepsiyadan  öldü

Şəmkirdə yeniyetmə epilepsiyadan öldü

3 iyun 2025 , 15:36