Türkiyədə itkin düşən 2 qardaşın meyiti tapılıb.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə Qaziantep şəhərinin Karkamış qəsəbəsində qeydə alınıb.
Belə ki, günlərdir itkin düşən iki qardaş 23 yaşlı İbrahim. C və 25 yaşlı Harun.Ö-nün avtomobili yanmış vəziyyətdə tapılıb. Gənclərin meyitinin isə Fərat çayının sahilindəki fıstıq bağında torpağa basdırıldığı müəyyən olunub.
Meyitlər müayinə üçün yerli məhkəmə-tibbi ekspertiza şöbəsinə göndərilib. Hadisə ilə əlaqədar polis 3 şübhəlini saxlayıb.
İki qardaşın başına küt alətlə vurularaq öldürüldüyü ehtimal olunur.
Meyiti tapılan qardaşlar