İt evə  partlayıcı əşya   gətirdi
23 yanvar 2025 19:06 (UTC +04:00)

İt evə partlayıcı əşya gətirdi

Hadisə barədə çavuş mayor Cittakorn Talanqcit məlumat verib. Onun dörd yaşlı oğlu iti Latte ilə oynayarkən az qala partlayışın qurbanı olacaqdı. Heyvan həyətə kustar üsulla hazırlanmış partlayıcı olan əşya gətirib.

Lent.az xarici mediaya istinadla bildirir ki, atasının sözlərinə görə, evin mühafizəsi üzrə təlim keçmiş doqquz yaşlı Latte həyətdə və ya yolda tapdığı yuvarlaq əşyaları evə gətirməyi xoşlayır. Bu dəfə it qara lentə bükülmüş yumruq boyda şarı gətirib.

Sonradan məlum olub ki, bunlar yeniyetmələrin yerli bayramlar və dini mərasimlər üçün hazırladıqları əldəqayırma partlayıcılardır. Cəzadan yayınmaq üçün belə qurğular çox vaxt yolun kənarına atılır. Onların gücü real bombalardan az olsa da, ciddi zərər vurmağa qadirdir.

Təhlükəni hiss edən çavuş-mayor, riski minimuma endirmək üçün cihazı otla doldurulmuş qutuya yerləşdirib və təkərlə üstünü örtüb. Daha sonra o, tapıntını zərərsizləşdirən istehkamçıları çağırıb.

Kişi inanılmaz dərəcədə şanslı olduğunu etiraf edib: partlayıcı Latte ağzında olanda işə düşə bilərdi. Bu hadisə hətta ən gözlənilməz vəziyyətlərdə belə ehtiyatlı olmağın vacibliyini xatırlatdıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 549
avatar

Oxşar yazılar