Əlillər üçün istirahət evində baş verən yanğında 9 nəfər ölüb: iki nəfər itkin düşüb.
Lent.az xarici mediyaya istinadən məlumat verir ki, hadisə Fransanın şərqində yerləşən əlillər üçün nəzərdə tutulmuş istirahət mərkəzində baş verib.
Yanğınsöndürənlərin xilasetmə işlərinə rəhbərlik edən polkovnik-leytenant bildirib ki, ekipajlar yanğında öldüyü güman edilən daha iki nəfərin cəsədini axtarırlar. Səlahiyyətlilər 17 nəfərin təxliyyə edildiyini, o cümlədən biri ağır xəsarətlərlə xəstəxanaya yerləşdirildiyini bildirib.
Yanğının səbəbləri məlum deyil, fakt araşdırılır