Bakı-Quba-Dağıstan yoludna ölümlə nəticələnən yol qəzası olub.
Lent.az-ın məlumatına görə, hadisə yolun Xızı rayonundan keçən hissəsində qeydə alınıb. 49 yaşlı Babayev Şəfa Vəzir oğlu idarə etdiyi "Mitsubishi L 200" markalı avtomobillə yolun təmir bitən lakin istifadəyə verilməyən hissəsində Bakı şəhəri istiqamətində hərəkətdə olarkən, onunla eyni istiqamətdə olan velosipedçi 59 yaşlı Əliyev Əlirza Ağarza oğlunu vurub. Nəticədə velosipedçi yerindəcə keçinib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.