Türkiyədə sahildə mahnı oxuyan oğlan bıçaqlanaraq öldürülüb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə İstanbul şəhərinin Kadıköy bölgəsində baş verib.
Axşam saatlarında sərxoş olduğu iddia edilən şəxs mahnı oxuyan 30 yaşlı Cihan Aymazla istədiyi mahnını çalmadığı üçün dava edib.
Dava zamanı bıçaqlanan Cihan Aymaz dənizə düşüb. Xəstəxanaya aparılan gənc bütün müdaxilələrə baxmayaraq vəfat edib.
Qeyd edək ki, hadisə yerindən qaçan cinayətkar polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.